Bakıda bədbəxt hadisə baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.
Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini, 2007-ci il təvəllüdlü Leyli Məmmədova yaşadığı evin vanna otağında dəm qazından boğularaq dünyasını dəyişib.
Məlumata görə, mərhum həmin evdə kirayə qalırmış.
Faktla bağlı araşdırma aparılır.