Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı BMW markalı nəqliyyat vasitəsinin sürücüsü R.Rəşidov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.
R.Rəşidovun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.