Müəllim məktəbdə qəfil dünyasını dəyişdi - FOTO

11:20 - 17 Dekabr 2025

Müəllim  məktəbdə qəfil dünyasını dəyişdi - FOTO

Bakıda orta məktəblərin birində müəllim vəfat edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 16-sı saat 12 radələrində Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbdə baş verib.

Orada ibtidai sinif müəllimi işləyən qəsəbə sakini 1979-cu il təvəllüdlü Sevda Qismət qızı Həsənovanın halı qəfil pisləşib.

Təcili tibbi yardım çağırılsa da, S. Həsənovanın dünyasını dəyişdiyi məlum olub. İlkin məlumata görə, 46 yaşlı müəllim ürək çatışmazlığından həyatını itirib.

Araşdırmalar aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az