Rusiyada azərbaycanlı sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Dağıstanda qeydə alınıb.
Beynəlxalq yükdaşımaları həyata keçirən Sabirabad rayonunun Çağırğan kənd sakini Şamil Şirinov idarə etdiyi TİR tipli yük avtomobilini arxaya verərkən 37 yaşlı oğlu Şirinov Camil Şamil oğlu iki avtomobilin arasında qalaraq faciəvi şəkildə ölüb.
Şamil Şirinov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, ata və oğul hər ikisi beynəlxalq yükdaşıma həyata keçiriblər. Qəza zamanı onlar istirahət etmək üçün dayanıblarmış.
Faktla bağlı araşdırma aparılır.