Bir ailənin 3 üzvü zəhərləndi

20:14 - 29 Dekabr 2025

Bir ailənin 3 üzvü zəhərləndi

Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Kənd sakinləri, 1965-ci il təvəllüdlü S.Həmidova, 1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların balıq yedikdən sonra özlərini pis hiss etdiyi bildirilir.

Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az