Zaqatalada QƏZA: 7 yaralı var - YENİLƏNİB

20:37 - 29 Dekabr 2025

Zaqatalada QƏZA: 7 yaralı var - YENİLƏNİB

Zaqatala rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsi ilə əlaqədar 7 nəfər (4 kişi, 3 qadın) 29.12.2025-ci il tarixində saat 15:40 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə stabildir.

    ***

    18:52

    Zaqatalada baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.


    Manset.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlardan üç nəfər bir ailənin üzvüdür.
    Yeni Suvagil kənd sakini, 1984-cü il təvəllüdlü Şəhmir Tevruzovun idarə etdiyi “VAZ 21010” markalı və Aşağı Tala kənd sakini, 1957-ci il təvəllüdlü Əli Qurbanovun idarə etdiyi “Opel Astra” markalı minik avtomobilləri toqquşub.

    “Opel Astra”nın sürücüsü Ə. Qurbanov, “VAZ 21010”nun sürücüsü Ş. Tevruzov, “Opel Astrada” olan sərnişinlər - 1984-cü il təvəllüdlü Cəmil Əliyev, 1984-cü il təvəllüdlü İlkin Pirimov, 1991-ci il təvəllüdlü Gülüstan Əliyeva, 1991-ci il təvəllüdlü Leyla Pirimova və İ. Pirimovun övladı 2021-ci il təvəllüdlü Murad Pirimov xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az