Tovuzda qəza baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Həzi Aslanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb.
Ağstafa sakini Kənan Salahov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan “VAZ -2104” markalı avtomobillə toqquşub, “Opel” piyada səkisinə çırpılıb.
Hadisə nəticəsində “VAZ -2104” markalı avtomobilin sürücüsü 47 yaşlı rayon sakini Rauf Sadıqov xəsarət alıb, yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.