Sumqayıtda baş verən yanğın söndürüldü - YENİLƏNİB

22:49 - 31 Dekabr 2025

Sumqayıtda baş verən yanğın söndürüldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Azərbaycan prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Manset.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində metal və digər istehsalat tullantılarının qəbulu sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Ətraf ərazilər yanğından mühafizə olunub.

    ***

    Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.


    Manset.az APA-ya istinadən xəbər verir ki, yanğın Əşya Bazarının yaxınlığında yerləşən taxta sexində qeydə alınıb.

    Əraziyə FHN qüvvələri cəlb olunub.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az