Kürdəmirdə ağır qəza - Xəsarət alanlar var / Video 

13:40 - 01 Yanvar 2026

Kürdəmirdə ağır qəza - Xəsarət alanlar var / Video 

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor -Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü İbrahim Novruzov İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az