Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinə aid, keçmiş məcburi köçkünlərin yaşadığı yataqxana binasında yanğın baş verib. Yanğın nəticəsində binanın ll, lll, lV, V mərtəbələrinin eyvanında yanan konstruksiyalar və 16 kvadratmetr sahədə otaq yanıb. 30 nəfər bina sakini təxliyə edilib, 3 nəfər xilas olunub.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
“Hadisə zamanı xəsarət alan olmayıb, yanğının baş vermə səbəbi məlum deyil. Səbəb barədə araşdırmadan sonra məlumat veriləcək”, qərargah rəisi əlavə edib.
***
15:24
Bakının Binəqədi rayonunda yanğın başlayıb.
Manset.az xəbər verir ki, bu haqda FHN-in Mətbuat xidməti məlumat yayıb.
Nazirliyin “112” qaynar telefon xəttinə Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.