Lənkəranda baş verən qəzada velosipedçi xəsarət alıb.
Manset.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan minik avtomobili velosipedçi 2006-cı il təvəllüdlü Yuxarı Nüvədi kənd sakini Elvin Murad oğlu Quluzadəni vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Quluzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Nuranə Alisoy