logo
logo logo
logo

Ağdamda 2 maşın toqquşdu - Yaralılar var 

19:16 - 26 İyun 2026

Ağdamda 2 maşın toqquşdu - Yaralılar var 

Ağdam rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Nahid Vahid oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov, 1986-cı il təvəllüdlü Coşqun Allahverdi oğlu Abbasov və 1957-ci il təvəllüdlü Mehman Ərşad oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az