Bakı-Sumqayıt yolunda təhlükəli hadisə baş verib.
Manset.az xəbər verir ki, magistral yolun Biləcəri qəsəbəsindən keçən hissəsində “Coca-cola” reklamlı yük maşınının qapılarından biri qopub.
Belə ki, hərəkətdə olan avtomobilin yük yerinin kənarındakı qapılardan biri çıxaraq yolun hərəkət hissəsinə düşüb.
Xoşbəxtlikdən həmin detal digər nəqliyyat vasitələrinə çırpılmayıb.
Hadisənin görüntülərini təqdim edirik: