logo
logo logo
logo

Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edildi

19:51 - 27 İyun 2026

Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edildi

Göyçay rayonunda çaya yıxılan 57 yaşlı kişi xilas edilib.


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Göyçay çayının rayonun Potulu kəndindən keçən hissəsində vətəndaşın çaya yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş, 1969-cu il təvəllüdlü Məmmədov Gündüz Şükür oğlu sudan çıxarılıb xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az