logo
logo logo
logo

Lənkəranda yaşayış evi yandı - VİDEO

15:41 - 30 İyul 2026

Lənkəranda yaşayış evi yandı - VİDEO

Lənkəran rayonunda fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.


Manset.az-ın məlumatına görə, hadisə rayonun Viyən kəndində baş verib. Belə ki, kənd sakini, 49 yaşlı İlham Ələsgər oğlu Hüseynova məxsus ümumi sahəsi 480 kvadratmetr olan 11 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində yanğın başlayıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə texnikası və 14 nəfər şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az