logo
logo logo
logo

Gəncədə evin həyətində ocaq partladı - 70 yaşlı qadın yaralandı

21:09 - 30 İyul 2026

Gəncədə evin həyətində ocaq partladı - 70 yaşlı qadın yaralandı

Gəncədə qadın evinin həyətində yandırdığı ocağın partlaması nəticəsində yanıq xəsarətləri alıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Depo qəsəbəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1956-cı il təvəllüdlü M.Abbasova hər iki əllərinin və üz nahiyəsinin yanıq diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, hazırda qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az