logo
logo logo
logo

Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu  

10:48 - 18 Sentyabr 2026

Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu  

Lənkəranda gənclər arasında dava bir nəfərin komaya düşməsi ilə nəticələnib.


Manset.az xəbər verir ki, hadisə Kərgəlan kəndində baş verib.

Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb.

Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllədaxili travma diaqnozu qoyulub. E.İbadov reanimasiya şöbəsinə yerləşdirilib, süni tənəffüs aparatına qoşulub.

E.İbadova ağır xəsarət yetirməkdə şübhəli bilinən İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az