Yolu keçmək istəyən piyadanı motosiklet vurub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.
Belə ki, Elmir Zeynalov idarə etdiyi “Muravey” markalı motosikletlə yolu keçən rayon sakini, 1960-cı il təvəllüdlü Zəfər Vəliyevi vurub.
O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.