logo
logo logo
logo

Yol qəzasında bir ailənin 3 üzvü xəsarət aldı

09:48 - 21 Sentyabr 2026

Yol qəzasında bir ailənin 3 üzvü xəsarət aldı

Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.


Manset.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qəfərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Nissan" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində 1988-ci il təvəllüdlü Fərzəliyev Yusif Rasim oğlu, onun həyat yoldaşı 1999-cu il təvəllüdlü Fərzəliyeva Mahirə Mahir qızı və övladları, 2019-cu il təvəllüdlü F.M müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az