logo
logo logo
logo

Mahnı sifarişi üstündə DAVA - Bıçaqlanan var

22:51 - 25 Sentyabr 2026

Mahnı sifarişi üstündə DAVA - Bıçaqlanan var

Goranboyda çay evində bıçaqlanma olub.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sarov kəndində yerləşən “Komfort” çay evində qeydə alınıb.

İttiham aktına görə, 23 yaşlı Şükür İsayev (şərti adla) obyektdə tanışı və bir xanımla oturarkən mahnı sifarişi üstündə digər masada əyləşən müştəri ilə dava edib. Belə ki, əvvəlcə yan masada əyləşənlər “Goranboy” mahnısı sifariş edib oynayıblar. Bu zaman Şükürün tanışı “Gəncə” mahnısı ifa etdirib və oynamağa başlayıb. Sonra yenidən yan masadakı qonaqlar “Goranboy” mahnısı sifariş ediblər. Bundan sonra yan masada əyləşənlər Şükürün dostu ilə mübahisə ediblər.

Şükür İsayev də dostunun yanına gedib və həmin şəxslərdən biri onunla mübahisə edib. O, Şükürə yumruq zərbəsi atıb, lakin zərbə ona dəyməyib. Bu zaman Şükür üzərindəki bıçaqla həmin şəxsi bıçaqlayıb.

Fakt əsasında Ş. İsayev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Zərərçəkən şəxs də həmçinin təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Ş. İsayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az