Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili ilə mopedin toqquşması nəticəsində 2009-cu il təvəllüdlü M.Məhərrəmov və 2006-cı il təvəllüdlü İ.Kalazadə xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, xəsarət alan şəxslər mopeddə olublar.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.