logo
logo logo
logo

Bakı-Qazax yolunda qəza - Ölənlər var  

11:25 - 26 Noyabr 2026

Bakı-Qazax yolunda qəza - Ölənlər var  

Yevlax rayonunda yük və sərnişin avtomobilləri toqquşub.


Manset.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil “KamAZ”la toqquşub.

Qəza nəticəsində “Mercedes Vito”nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az