Oğuz rayonunun Xalxal kənd sakini dağlıq ərazidə ölüb.
Manset.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Dağlar Həmidov dağa odun gətirmək üçün gedib.
Dünyasını dəyişən şəxsin eşitmə və nitq qüsurlu olduğu bildirilib.
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyitin dağlıq ərazidən gətirilməsi istiqamətində işlər aparılır.