Bakıda 4 yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq öldü

09:07 - 02 Oktyabr 2022

Bakıda 4 yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq öldü

Bakının Nizami rayonunda ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılan 4 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Manset.az report-a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü azyaşlı yaşadığı mənzilin eyvanından yıxılıb.

Ağır xəsarətlər alan uşaq təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az