Bakıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTOLAR

09:29 - 16 Noyabr 2022

Bakıda zəncirvari QƏZA: Xəsarət alan var – FOTOLAR

Bakının Nərimanov rayonu ərazisində üç avtomobil toqquşub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Famil Şirəliyev idarəetməsində olan “Opel” markalı maşınla prospektdə mərkəz istiqamətdə hərəkətdə olan zaman “Daewoo” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən “Daewoo” idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı maşına çırpılıb. Qəza nəticəsində “Opel” markalı maşında olan sərnişin xəsarət alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təhqiqat araşdırmaları aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az