Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində "ZİL" markalı mikroavtobusun "KamAZ"la toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.
Manset.az report-a istinadən xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:
1.Lənkəran şəhəri İstisu kənd sakinləri:
2.Abdullayeva Rəfiqə Kərəm 1958 –ci il
3.Əhədova Səidə Həmid 1957- ci il
4.Verdiyeva Mötəbər Mirzəhüseyn 1961- ci il
5.Əliyeva Təranə Vəli 1965- ci il
6.Hüseynova Gülümnaz Müəllim 1956-ci il
7.Əhədova Laləzar Xanış 1966- ci il
8.Məmmədova Aidə Məmməd 1960- ci il
9.Paşayeva Zeynəb Şahvəli 1980-ci il
10.Hüseynova Südabə Hidayət 1971-ci il
11.Xuduyeva Sahilə Eminağa 1982-ci il
12.Xuduyeva Aynur Akşin 2006-ci il
13.Həsənzadə Yağmur Yalçın 2009-ci il
14.Abbasova Fatimə İsmayıl 1964- ci il
15.Abdullayeva Zəminə Həmid-1974 –ci il
16.Quliyeva Validə Sakit 1965- ci il
17.Xudiyev Səmidağa Polad 1965-ci il
18.Xuduzadə Ellada Akşin 2007-ci il
Xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həkimlər onların durumunu orta ağır qiymətləndirirlər.
***
Bu gün Ələt-Astara magistralında ağır yol qəzası baş verib.
Manset.az xəbər verir ki, mikroavtobusun yük maşınına çırpılması nəticəsində ölən və çoxsaylı xəsarət alanlar var.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi "KAMAZ" markalı avtomobillə toqquşub: “Nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb, həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar”.
Faktla bağlı araşdırma aparılır.