Tovuzda dəhşətli qəza: Ölən və yaralananlar var - VİDEO

22:59 - 25 Dekabr 2023

Tovuzda dəhşətli qəza: Ölən və yaralananlar var - VİDEO

Tovuz rayon Düz Cırdaxan kəndində ağır yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az xəbər verir ki, yanacaqdoldurma məntəqəsinin yaxınlığında VAZ-2104 və VAZ-21099 markalı avtomobillərin iştirakı ilə baş vermiş qəza zamanı bir nəfər - 1961-ci il təvəllüdlü Razim Mədətov ölüb.

Daha beş nəfər - 1989-cu il təvəllüdlü V.Məmmədov, 1969-cu il təvəllüdlü H.Məmmədov, 1989-cu il təvəllüdlü E.Əhmədova və iki azyaşlı xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az