Eyni gündə iki qəza - Yaralılar var

19:51 - 29 Dekabr 2023

Eyni gündə iki qəza - Yaralılar var

Biləsuvar rayon ərazisində iki yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, yol-nəqliyyat hadisələrdən biri rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Sürücü 1967-ci il təvəllüdlü Asif Qasımov müxtəlif bədən xəsarətləri alıb.

Digər qəza isə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Motosiklet "Niva" markalı minik avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü, 1993-cü il təvəllüdlü Orxan Abışov xəsarət alıb. Hər iki hadisədə xəsarət alan yaralılar rayon xəstəxanasına çatdırılıb.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az