Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada öldü

09:31 - 31 Dekabr 2023

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Sumqayıt şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobil yolu keçmək istəyən piyada 1972-ci il təvəllüdlü Mübariz Mehrəli oğlu Əliyevi vurub.

Zərərçəkmiş dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilsə də, o xəstəxanda keçinib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az