Mağazadan 10 min manatlıq tütün məmulatının oğurlayan 3 yeniyetmə saxlanıldı

10:36 - 31 Dekabr 2023

Mağazadan 10 min manatlıq tütün məmulatının oğurlayan 3 yeniyetmə saxlanıldı

Dekabrın 28-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 10000 manat dəyərində tütün məmulatının oğurlanması barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu etməkdə şübhəli bilinən onlardan biri əvvəllər analoji cinayətə görə məhkum olunmuş 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az