Evdən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qadın saxlanıldı

11:44 - 31 Dekabr 2023

Evdən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən qadın saxlanıldı

Dekabrın 30-da paytaxtın Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən 2000 manat, 6500 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az