"Araz-Naxçıvan” “Qarabağ”a qarşı - APL

09:16 - 26 May 2024

\"Araz-Naxçıvan” “Qarabağ”a qarşı - APL

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, XXXVI turun son qarşılaşmalarında "Turan Tovuz" "Kəpəz"lə, "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Tovuz klubu 45 xalla 6-cı, "Kəpəz" 35 xalla 8-ci, eyni xala malik "Araz-Naxçıvan" 9-cu yerdədir.

Çempion "Qarabağ"ın isə 82 xalı var.

Azərbaycan Premyer Liqası

XXXVI tur

17:00. "Turan Tovuz” –“ Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Tovuz şəhər stadionu

“Araz-Naxçıvan”– “Qarabağ”

Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Azersun Arena”

Qeyd edək ki, “Araz-Naxçıvan"la matçdan sonra Premyer Liqanın qalibi olan “Qarabağ” üçün mükafatlandırma mərasimi keçiriləcək. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az