"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında Dortmund "Borussiya"sı ilə matçdan əvvəl təşkil olunan mətbuat konfransında Arda Gülər ilə bağlı sualı cavablandırıb.
Manset.az BAKU.WSə istinadən xəbər verir ki, mütəxəssis "Arda Güləri Çempionlar Liqasının finalında oynatmağı düşünürsünüzmü?" sualına belə cavab verib:
"Arda Gülər öz keyfiyyətini və istedadını hər kəsə göstərdi. Çempionlar Liqasının finalında bizim üçün çox faydalı olacaq".
Xatırladaq ki, Çempionlar Liqasının finalı iyunun 1-i olacaq.