"Qarabağ"ın play-off qazancı bəlli oldu - MƏBLƏĞ

11:56 - 14 Avqust 2024

\"Qarabağ\"ın play-off qazancı bəlli oldu - MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində təmsilçimiz "Qarabağ" Bolqarıstanın "Ludoqorets" kollektivini üstələyib və mərhələ adlayıb.

 

Manset.az Mətbuat.az-a istinadən xəbər verir ki, ilk oyunda Bakıda 1:2 hesabı ilə məğlub olan "Qarabağ"ın səfər matçının əsas hissəsi 2:3 hesabı ilə yekunlaşıb.

Əlavə vaxtda daha 4 dəfə rəqib qapısına yol tapan "Qarabağ" 7:2 hesablı fantastik qələbə ilə Çempionlar Liqasının play-off mərhələsinə adını yazdırıb.

UEFA-nın rəsmi saytında yer alan məlumata görə, Çempionlar Liqasının play-off mərhələsində iştirak edən hər bir klub 5 milyon avroya yaxın məbləğ qazanacaq. Qrup mərhələsində iştirak hüququ qazanan klublar isə 15,6 milyon avroya sahib çıxacaq.

Qeyd edək ki, "Qarabağ"ın bu mərhələdə rəqibi "Dinamo Zaqreb" olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az