"Şamaxı" - "Qarabağ" qarşılaşmasının təyinatları açıqlandı

17:02 - 16 Dekabr 2024

\"Şamaxı\" - \"Qarabağ\" qarşılaşmasının təyinatları açıqlandı

Misli Premyer Liqasının III turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” qarşılaşmasının təyinatları açıqlanıb.

 

Manset.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 19-da keçiriləcək matçı Rəşad Əhmədov idarə edəcək.

Şamaxı şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:00-da səsləndiriləcək.

Misli Premyer Liqası

III turdan təxirə salınmış oyun

19 dekabr

14:00. “Şamaxı” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az