"Qarabağ"ın ulduzu Avropada tarixə düşdü 

10:02 - 23 Oktyabr 2025

\"Qarabağ\"ın ulduzu Avropada tarixə düşdü 

"Qarabağ"ın "Atletik"ə qarşı Çempionlar Liqası oyununun 1-ci dəqiqəsində fərqlənən Leandro Andrade avrokuboklarda tarixə düşüb. 


Manset.az xəbər verir ki, portuqaliyalı futbolçu Avropa futbol turnirləri çərçivəsində 3 oyunun 1-ci dəqiqəsində qol vuran ilk oyunçudur. O daha öncə 2023-cü ilin dekabrında "Hakken", 2025-ci ilin yanvarında FKSB, ötən gün isə "Atletik"ə qarşı matçda ilk qolun müəllifi olub. Bu barədə "Opta" məlumat yayıb. 

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu 3:1 hesabı ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az