"Fənərbaxça" bu axşam öz meydanında nə edəcək?

17:00 - 23 Oktyabr 2025

\"Fənərbaxça\" bu axşam öz meydanında nə edəcək?

UEFA Avropa Liqasının 3-cü həftəsində "Fənərbaxça" bu axşam öz meydanında Almaniyanın "Ştutqart" komandası ilə qarşılaşacaq.



Manset.az Türkiyə mətbuatına istinadən istinadən xəbər verir ki, Çobani stadionunda oynanılacaq qarşılaşma Türkiyə vaxtı ilə saat 19:45-də başlayacaq. Qarşılaşmanı danimarkalı hakim Yakob Kehlet idarə edəcək. Lars Hummelqaard və Vollenberq Rasmussen köməkçi hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşma TRT 1-də canlı yayımlanacaq.

Avropa Liqasında ilk matçında səfərdə "Dinamo Zaqreb"ə 3:1 hesabı ilə uduzan "Fənərbaxça" doğma azarkeşləri önündə Fransa təmsilçisi "Nitsa"ya 2:1 hesabı ilə qalib gələrək ilk liqa qələbəsini təmin edib. Son liqa matçında Fatih Karagümrükü 2:1 hesabı ilə məğlub edən "Fənərbaxça" Ştutqart matçında yüksək əhval-ruhiyyədə olacaq.

Açılış matçında evdə "Selta Viqo"nu 2:1 hesabı ilə məğlub edən "Ştutqart" ikinci həftəsində İsveçrənin "Bazel" klubuna səfərdə 2:0 hesabı ilə məğlub olub. Son liqa matçında "Fatih Karagümrük"ü 2:1 hesabı ilə məğlub edən "Fənərbaxça" "Ştutqart"la qarşılaşmada 3 xal qazanmağa çalışacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az