"Fənərbaxça" Avropa Liqası mərhələsinin üçüncü həftəsində "Ştutqart"ı tək top fərqi ilə məğlub edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, UEFA Avropa Liqası mərhələsinin üçüncü həftəsində "Fənərbaxça" və "Ştutqart" komandaları üz-üzə gəlib .
Çobani stadionunda keçirilən qarşılaşma sarı-göylərin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
"Fənərbağça"ya qələbə qazandıran qolu 34-cü dəqiqədə Kerem Aktürkoğlu penaltidən vurub.