Bu gün Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsi üzrə İslandiya və Fransaya qarşı oyunlara heyəti açıqlanıb.
Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ayxan Abbasov Şahruddin Məhəmmədəliyev cəzalı durumda olduğu üçün adıçəkilən qapıçı da daxil olmaqla, yığmaya 4 qolkiper dəvət edib.
"Qarabağ"ın 7 futbolçusu milli komandaya çağırılıb. "Sabah" 4, "Neftçi" və "Zirə" hərəyə 3, "Sumqayıt" 2, "Şamaxı", "Aarz-Naxçıvan" və "Qəbələ" isə yığmamıza hərəyə 1 futbolçu töhfə verib.
26 oyunçudan 4-ü ölkə xaricindən milli komandaya dəvət alıb.
7 - “Qarabağ”: Şahrudin Məhəmmədəliyev, Abbas Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə, Musa Qurbanlı
4 - “Sabah”: Rəhman Daşdəmirov, Anatoli Nuriyev, Xəyal Əliyev, Abdulla Xaybulayev
3 - “Zirə”: Aydın Bayramov, Qismət Alıyev, Ceyhun Nuriyev
3 - “Neftçi”: Rza Cəfərov, Elvin Bədəlov, Emin Mahmudov
2 - “Sumqayıt”: Səbuhi Abdullazadə, Rüstəm Əhmədzadə
1 - "Araz-Naxçıvan": Mustafa Əhmədzadə
1 - “Qəbələ”: Səlahət Ağayev
1 - "Şamaxı": Rüfət Abbasov
1 - “Arda”: Cəlal Hüseynov
1 - “Daejeon Hana Sitizen” (Cənubi Koreya): Anton Krivotsyuk
1 - Motor (Polşa): Renat Dadaşov
1 - "Varazdin" (Xorvatiya): Rüfət Abdullazadə
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.