2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan - İslandiya matçı başa çatıb.
Manset.az xəbər verir ki, görüşdə qonaq komanda 0:2 hesabı qalib gəlib.
Qolları 20-ci dəqiqədə Qyudmyundsson və 39-cu dəqiqədə İnqason vurublar.
Bu nəticədən sonra xalların sayını 7-yə çatdıran İslandiya millisi D qrupunda 2-ci yerə qalxıb. Azərbaycan seçmə komandası 1 xalla sonuncu - dördüncü yerdədir.
Qeyd edək ki, milli komandamız qrup mərhələsində sonuncu matçını noyabrın 16-da Bakıda Fransaya qarşı keçirəcək.
***
22:08
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar 2:0 hesabı ilə öndədirlər.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.
***
21:49
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar fasiləyə 2:0 hesabı ilə üstün yollanıblar.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.
***
21:42
2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində keçirilən Azərbaycan - İslandiya matçında hesab arasında fərq artıb.
Manset.az xəbər verir ki, İslandiya millisinin heyətində ikinci qolu 39-cu dəqiqədə İnqason vurub.
***
21:22
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar fərqləniblər.
20-ci dəqiqədə Albert Qyudmyundsson adını tabloya yazdırıb.