Ronaldo Dünya Çempionatına qatıla bilməyəcək?

22:40 - 14 Noyabr 2025

Ronaldo Dünya Çempionatına qatıla bilməyəcək?

Portuqaliya milli komandası böyük narahatlıq yaşayır. Ulduz futbolçu Kriştiano Ronaldo, İrlandiya ilə keçirilən oyunda topun olmadığı vəziyyətdə rəqib müdafiəçiyə dirsək zərbəsi endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb. Bu hadisə 2026 Dünya Çempionatı baxımından ciddi nəticələr yarada bilər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kriştiano Ronaldonun qırmızı vərəqəsi intizam qaydalarına əsasən ən azı iki oyunluq cəza deməkdir. UEFA-nın İntizam Qaydalarına görə, topun olmadığı epizodlarda edilən aqressiv davranışlar minimum iki oyunluq diskvalifikasiya ilə cəzalandırılır. Bununla belə, cəzanın həcmi hakim raportundan asılı olaraq daha da artırıla bilər.

İrlandiyaya qarşı alınan məğlubiyyət Portuqaliyanın 2026 Dünya Çempionatına birbaşa vəsiqə qazanmaq imkanını təhlükə altına salıb. Artıq komandanın taleyi son oyunda Ermənistanla əldə olunacaq nəticədən asılıdır. Lakin bu həlledici görüşdə Kriştiano Ronaldo dəqiq şəkildə iştirak edə bilməyəcək.

Əsas müzakirə mövzusu cəzanın neçə oyun davam edəcəyidir. Birbaşa qırmızı vərəqənin verilməsi, xüsusilə də topsuz sahədə fiziki müdaxilə səbəbindən olması, cəzanın iki oyundan daha çox ola biləcəyini göstərir.

Əgər UEFA İntizam Komitəsi iki oyunluq cəza tətbiq edərsə, Kriştiano Ronaldo 2026 Dünya Çempionatında Portuqaliyanın ilk oyununda iştirak edə bilməyəcək.

Hazırda ən real görünən ssenari də məhz budur. Çünki həmin epizod qaydalarda “ciddi aqressiya” kimi qiymətləndirilir və bu cür hərəkətlər rəsmi turnirlərdə ağır cəzalarla nəticələnir. İki oyundan çox cəza verildiyi halda isə Portuqaliya yığmasının məşqçi heyəti Ronaldonu turnir üçün heyətə daxil edib-etməmək barədə düşünməli olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az