"Qalatasaray"la işim bitdi, geri dönməyəcəyəm" - Məşhur futbolçu açıqladı

22:55 - 14 Noyabr 2025

\"Qalatasaray\"la işim bitdi, geri dönməyəcəyəm\" - Məşhur futbolçu açıqladı

Viktor Nelsonun “Qalatasaray”la müqaviləsi 2028-ci ilin yayına qədər davam edir, lakin danimarkalı müdafiəçi Veronadakı icarə müddəti gələn yay başa çatdıqdan sonra “Qalatasaray”a qayıtmağı düşünmür.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray”la iki dəfə çempionluq yaşasa da, Viktor Nelson üçün Türkiyənin milyonlarla əhalisi olan nəhəng şəhərində keçirdiyi müddət heç də rahat olmayıb.

Keçən mövsümün yazında “Roma”ya icarəyə göndərilmişdi, bu mövsüm isə Veronada çıxış edir – baxmayaraq ki, “Qalatasaray” onunla 2028-ci ilin yayına qədər qüvvədə olan müqaviləni əlində saxlayır.

Nelson deyib: “Yayda nə olacağını görəcəyik, amma bilirəm ki, gələcəyim ‘Qalatasaray’da deyil. Oraya qayıtmayacağam.”

Danimarkada yayımlanan Bold nəşrinin məlumatına görə, Viktor Nelsonun Floryadakı məşq bazasında qalması üçün ayrılmış otaq ondan alınıb və o, gənclər komandası ilə birlikdə məşqlərə göndərilib. Daha sonra isə Veronaya icarəyə verilib.

Nelson bu hadisələrlə bağlı belə deyib: “Qalatasarayda nələrin baş verdiyi haqqında çox danışmaq istəmirəm, amma yayda Romadan qayıdanda çətin bir dövr keçirdiyimi deyə bilərəm. Klubda gözəl illərim oldu. Azarkeşlərin sevgisini qazandım və çoxlu titullar əldə etdim.”

O, həmçinin maraqlı bir məqama toxunub: “Roma’ya gedəndə Qalatasarayla müqaviləmi 2027-ci ilə qədər uzatmalı idim. Bu, icarəyə gedə bilməyim üçün şərt idi. Yayda Veronaya gedəndə də eyni tələb qoyuldu. Bu dəfə müqaviləmi daha bir il artırıb 2028-ci ilə qədər uzatdım.”

Veronaya keçiddən sonra onun futboldan aldığı zövq yenidən bərpa olunub. Bu mövsüm keçirdiyi 11 oyunun hamısında 90 dəqiqə meydanda olub və çıxışı ilə diqqət çəkib.

Lakin Verona A Seriyasında ağır günlər yaşayır. Komanda 11 turdan sonra hələ də qələbə qazana bilməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az