Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Manset.az xəbər verir ki, idmançı finalda İran təmsilçisi Sayna Karimirahjerdiyə 2:0 hesabı ilə məğlub olub.
Cavad Ağayev bürünc medal uğrunda yarışda məğlub olubsa, Məryəm Məmmədova 1/4 final, Bəhruz Quluzadə isə 1/8 finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.