Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə jiu-jitsu üzrə uşaqlar arasında dünya çempionatı keçirilib.
Manset.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu nüfuzlu beynəlxalq yarışda Azərbaycanı təmsil edən idmançımız Əli Əliyev yüksək peşəkarlıq nümayiş etdirərək gərgin mübarizələrdən sonra dünya çempionatının gümüş medalına layiq görülüb.
Xatırladaq ki, Əli Əliyev ötən 2024-cü ildə də jiu-jitsu üzrə dünya çempionatında bürünc medal qazanaraq ölkəmizi layiqincə təmsil edib.
Qeyd edək ki, Əli Əliyev DGK-nın keçmiş sədri Aydın Əliyevin nəvəsidir.