Alman mətbuatında yayımlanan xəbərdə "Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardinin yaxın günlərdə yeni müqavilə danışıqlarına başlayacağı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ilin yayında Paris Sen-Jermen klubundan icarə ilə "Qalatasaray"a gələn və 2023-cü ildə transfer haqqı ilə Sarı-qırmızılılara keçən Mauro İkardi, Super Liqada ardıcıl qazandığı 3 çempionluqda böyük pay sahibi olub.
Sarı-qırmızılı azarkeşlərin sevimlisi halına gələn argentinalı ulduzun müqaviləsi mövsümün sonunda başa çatacaq.
Alman mətbuatından "Sky Sport" kanalında yayımlanan məlumata görə, "Qalatasaray" ilə Mauro İkardinin meneceri Elio Pino, müqavilə uzatmaq məsələsində fikir mübadiləsi aparmaq üçün yaxın vaxtlarda görüşməyi planlaşdırır.
İkardinin və digər bir çox ulduz futbolçunun "Qalatasaray"a transferində böyük rolu olan menecer Corc Qardi açıqlamasında, “İkardi, "Qalatasaray" azarkeşlərinin ona göstərdiyi böyük sevgi səbəbilə 2023-cü ilin yayında Səudiyyə Ərəbistanından 3 illik 120 milyon avro təklifini rədd etdi və komandada qalmağı seçdi.