“Qalatasaray”da bu mövsüm meydanda heç çıxış etməyən Yusuf Demir barədə ayrılıq qərarı verilib. Baş məşqçi Okan Buruk gənc futbolçuya yeni klub tapması üçün rəsmi icazə təqdim edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Premyer Liqa komandalarının diqqətlə izlədiyi 22 yaşlı futbolçu ilə bağlı “Qalatasaray” rəhbərliyi daxil olacaq təklifləri dəyərləndirməyi planlaşdırır. Müqaviləsi mövsümün sonunda başa çatacaq Demirin müntəzəm oynaya biləcəyi bir komandaya keçməyə müsbət yanaşdığı bildirilir.
2024–25 mövsümü üçün heyət planlamasına daxil edilməyən Yusuf Demirlə bağlı Okan Buruk son qərarını verib. Sarı-qırmızılı klubda oyun şansı əldə edə bilməyən gənc futbolçuya qış fasiləsində ayrılması üçün rəsmi razılıq verilib.