Şahmat millimiz dünya çempionatında finala yüksəldi

20:42 - 20 Noyabr 2025

Şahmat millimiz dünya çempionatında finala yüksəldi

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında növbəti görüşlərində qələbə qazanıb.


Manset.az xəbər verir ki, yığma IV turda İspaniya ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçilərimizin 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə Azərbaycan 1/4 finala yüksəlib və bu raundda Gürcüstanla qarşılaşacaq.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az