“Napoli”nin və Şotlandiya millisinin yarımmüdafiəçisi Skot Maktominey Danimarka ilə matçda vurduğu qolla diqqət çəkib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, akrobatik tullanışla fərqlənən futbolçu topa 253 santimetr hündürlükdə zərbə endirib. Bununla da o, Kriştiano Ronaldonun 2018-ci ildə müəyyənləşdirdiyi rekordu (238 sm) 15 santimetr geridə qoyub.
Qeyd edək ki, Şotlandiya yığması 21-ci əsrdə ilk dəfə dünya çempionatının final mərhələsinə iştirak hüququ qazanıb.