İngiltərə Premyer Liqasında bu gün daha 5 qarşılaşma baş tutub.
Manset.az Apasport.az-a istinadən xəbər verir ki, turun ən böyük sürprizi "Enfild"də qeydə alınıb. "Liverpul" doğma meydanda "Nottingem Forest" qarşısında 0:3 hesabı ilə məğlub olub.
Günün ən gərgin matçlarından biri "Bornmut" – "Vest Hem" görüşü olub. Hər iki komandanın qarşılıqlı hücumları nəticəsində oyun 2:2 hesabı ilə başa çatıb.
Premyer Liqa
XII tur
"Bornmut" - "Vest Hem" 2:2
"Brayton" - "Brentford" 2:1
"Fulhem" - "Sanderlend" 1:0
"Liverpul" - "Nottingem Forest" 0:3
"Vulverhempton" - "Kristal Palas" 0:2