Bu futbolçu maaşı ödənmədiyi üçün klubla yollarını ayırır

07:30 - 23 Noyabr 2025

Bu futbolçu maaşı ödənmədiyi üçün klubla yollarını ayırır

Türkiyənin “Serik Spor” klubunun müdafiəçisi Kirill Qotsuk komandanı tərk etməyə hazırlaşır.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı oyunçu klubun maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqaviləyə xitam vermək qərarına gəlib. Onun artıq bu məsələ ilə bağlı rəhbərliyə rəsmi iradını bildirdiyi qeyd olunur.

Qeyd edək ki, rusiyalı futbolçu cari mövsümdə 13 oyuna çıxıb. Onun klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulmuşdu.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az